Sizə zəng edək
Dövlət qulluğuna hazırlıq


Dövlət qulluğunda çalışmaq olduqca məsuliyyətli və şərəfli peşədir. Əgər dövlət qulluqçusu olmağı,
vətənə və xalqa qulluq etməyi artıq karyera hədəfiniz kimi müəyyənləşdirmisinizsə,
BBEC Tədris Mərkəzi sizə dəstək olmağa hazırdır!

Bildiyiniz kimi, “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən dövlət
qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə iki mərhələdən ibarətdir:
test imtahanı və müsahibə. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
(bundan sonra - Mərkəz) tərəfindən inzibati vəzifələrin təsnifat toplusuna müvafiq
olaraq dövlət qulluğuna qəbul üçün ayda 1 dəfədən az olmayaraq test imtahanları
təşkil olunur. Test imtahanı mərhələsində namizədlərin qanunvericilik, məntiq,
Azərbaycan dili və informatika üzrə açıq və qapalı tipli suallar, həmçinin esse tipli
tapşırıqlar təqdim edilir. Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə
onların inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından
keçdiyini təsdiq edən və 5 il qüvvədə olan sertifikatlar təqdim edilir. Namizəd
müsahibə mərhələsində iştirak etmək hüququ əldə edir.

Müsabiqənin test mərhələsinə hazırlıq məqsədilə aşağıdakı aşağıdakı istiqamətlər üzrə kurslar təklif edirik:

Qanunvericilik;
Məntiq;
Azərbaycan dili;
İnformatika.

Tədris Mərkəzimizdə dövlət qulluğuna qəbul imtahanının test mərhələsinə yuxarıda qeyd
olunan istiqamətlər üzrə intensiv hazırlıq kursları keçirilir.

Dərslər fərdi və ya qrup şəklində tədris olunur.
Kurslara təcrübəli müəllimlər cəlb edilir.

İlk dərs sınaq dərsi hesab olunur, ödənişsizdir. Ödənişsiz sınaq dərsindən istifadə etdikdən
sonra qeydiyyatdan keçmək və ya digər müəllimlə sınaq dərsinə müraciət etmək mümkündür.
Dərslər hər dəfə 1.5 saat olmaqla həftədə 2 dəfə və ya istəyinizdən asılı olaraq intensiv şəkildə keçirilə bilər.

Namizədlərin hazırlıq səviyyəsini müəyyən etmək məqsədilə hər ayın sonunda
sınaq imtahanları təşkil olunur. İmtahanlardan sonra testlərinin müzakirəsi aparılır.
Zəruri hallarda əlavə dərslər və məşğələlər təşkil olunur.

Həmçinin müsahibə mərhələsinə hazırlıqla bağlı təcrübəli mütəxəssislər tərəfindən
lazimi tövsiyələr verilir, namizədlər düzgün şəkildə istiqamətləndirilir.

Bizə abunə olun

Abunə olmaqla kursumuz haqqında ən yeni məlumatları ilk siz öyrənin

Copyright 2021 BBEC Tədris Mərkəzi Bütün hüquqlar qorunur

Site by OKmedia