Sizə zəng edək
Əmək qanunvericiliyi haqqında təlim


TƏLİM HAQQINDA



Təlimin məqsədi
Təlimin məqsədi yerli əmək qanunvericiliyi çərçivəsində insan resursları əməliyyatlarının
aparılması, işçi və işəgötürən arasında əmək münasibətlərinin tənzimlənməsinə dair
iştirakçıların nəzəri biliklər qazanması və onların praktiki bacarıqlara yiyələnməsinə yardımçı olmaqdır.

Təlimin iştirakçıları



İnsan resursları əməliyyatları sahəsində ixtisaslaşmaq istəyən şəxslər, hal-hazırda
İR-nın müxtəlif funksiyaları üzrə çalışan və əmək qanunvericiliyi sahəsində səriştələrini
artıraraq rəqabətli əmək bazarında mövqeyini gücləndirmək niyyətində olan peşəkarlar.

Təlimin sessiyaları:



Giriş


Əmək Münasibətlərinin Rəsmiləşdirilməsi
İş və İstirahət Vaxtı
Məzuniyyətlərin Tənzimlənməsi
Ezamiyyətlərin Tənzimlənməsi
Əmək Münasibətlərinə Xitam Verilməsi
İşçi və İşəgötürənin Hüquq və Məsuliyyətləri
İşəgötürənin Məsuliyyətləri
TƏDRİS PROQRAMI

1. Giriş

Əmək qanunvericiliyi haqqında ümumi anlayış
Əmək müqaviləsi və müqavilədə yer alan şərtlərin ətraflı izahı
Elektron hökümət portalı haqqında ümumi məlumatlar
Sınaq müddəti və onun tənzimlənməsi
Əmək funksiyası, Başqa işə keçirmə qaydaları
2. Əmək Münasibətlərinin Rəsmiləşdirilməsi

Əmək müqaviləsinin doldurulması qaydası ilə bağlı praktik çalışma
İşə qəbul zamanı kadr kargüzarlığı ( işə qəbul əmrinin verilməsi, E-GOV-a işçinin daxil edilməsi ),
işçinin şəxsi işinin formalaşdırılması
Əmək kitabçasının doldurulması qaydası
Ştat cədvəlinin hazırlanması, ştat əmrlərinin verilməsi
Vəzifə dəyişikliyi, əmək şəraiti şərtlərinin dəyişdirilməsinin rəsmiləşdirilməsi ilə bağlı praktiki çalışma
3. İş və İstirahət Vaxtı

İş və istirahət vaxtı haqqında ümumi məlumat
Tam, natamam, qısaldılmış iş vaxtı
Gecə vaxtı və gecə növbəsi arasındakı fərqlərin ətraflı izahı
İş vaxtının cəmlənmiş uçotu
İş vaxtından artıq iş və onun tənzimlənməsi qaydaları
İstirahət vaxtı, qeyri iş günlərində iş cəlb edilmə
İşə davamiyyət cədvəlinin hazırlanması qaydası
İş və istirahət vaxtının əmək müqaviləsində düzgün əks etdirilməsi ilə bağlı praktiki çalışma

4. Məzuniyyətlərin Tənzimlənməsi



Məzuniyyət anlayışı və onun növləri
Əmək məzuniyyəti, əsas və əlavə məzuniyyət növləri
Əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi qaydası
Əmək məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geri çağırılma qaydası
Əmək məzuniyyətinin planlaşdırılması
Təhsil, yaradıcılıq, ödənişsiz və sosial məzuniyyətlər

5. Ezamiyyətlərin Tənzimlənməsi



Ezamiyyə qaydaları haqqında ümumi məlumat
Ölkədaxili və ölkəxarici ezamiyyələrin rəsmiləşdirilməsi
Ezamiyyə vəsiqəsinin doldurulması qaydası, ezamiyyə əmrlərinin verilməsi
Müəssisədaxili nizam-intizam qaydaları
İntizam tənbehinin növləri haqqında ümumi məlumat
İntizam tənbehinin verilməsinin rəsmiləşdirilməsi haqqında praktiki çalışma

6. Əmək Münasibətlərinə Xitam Verilməsi



Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları
İşçi tərəfindən əmək müqaviləsinə xitam verilməsi
Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi qaydası
İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası
Əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilmə qaydasına dair praktiki çalışma

7. İşçi və İşəgötürənin Hüquq və Məsuliyyətləri



İşçi və işəgötürənin maddi və tam maddi məsuliyyəti
Qadınların və yaşı 18-dən aşağı olan işçilərin əmək hüquqları
İş tapmaqda çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası
Məşğulluq hesabatların tərtib edilməsi
Əməyin mühafizəsi ilə bağlı ümumi müddəalar

8. İşəgötürənin Məsuliyyətləri və Proqramın Yekunu



Əmək qanunvericiliyin pozulmasına görə nəzərdə tutulan cərimələr
İşçilərin sosial sığortası
Yekun təkrar
Təlim üzrə bütün açıq qalan sualların cavablandırılması
Praktik çalışmalar
9. İmtahan



TƏLİMÇİ



Allahverdiyev Məmməd

Bizə abunə olun

Abunə olmaqla kursumuz haqqında ən yeni məlumatları ilk siz öyrənin

Copyright 2021 BBEC Tədris Mərkəzi Bütün hüquqlar qorunur

Site by OKmedia