Sizə zəng edək
Kompüter kursları


İnformasiya və kommunikasiya texnologiyaları (İKT) dövründə kompüterdən istifadə gündəlik
həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hətta kompüteri dünya görüşümüzü artırmağa, yüksək
səviyyədə təhsil almağa, uğurlu karyera qurmağa və gündəlik ehtiyaclarımızı
(ünsiyyət qurmaq, onlayn alış-veriş, araşdırma, internet bankçılığı və s.) qarşılamağa köməklik
edən “əlverişli elektron alət” adlandıra bilərik. Kompüter bilik və vərdişlərinə yiyələnməklə
artıq böyük məsafələr qət etməyə gərək duymur, işlərimizi daha sürətlə və keyfiyyətlə yerinə yetirə bilirik.

Mərkəzdə aşağıdakı kompüter bilikləri tədris olunur:
Kompüter hissələri ilə tanışlıq və onlardan istifadə qaydaları;
Windows əməliyyat sistemi;
Microsoft Word;
Microsoft Excel;
Microsoft PowerPoint.

Tələbələrin istəyinə əsasən dərslər fərdi və ya qrup şəklində tədris olunur.

Tədris prosesi müasir metodikaya əsaslanır.

Dərslər hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə və ya istəyinizdən asılı olaraq intensiv şəkildə
hər dəfə 1.5 saat olmaqla həftədə 2 dəfə keçirilir.

İlk dərs sınaq dərsi hesab olunur, ödənişsizdir. Ödənişsiz sınaq dərsindən istifadə etdikdən
sonra qeydiyyatdan keçmək və ya digər müəllimlə sınaq dərsinə müraciət etmək mümkündür.

Kursu başa vuran tələbələrə yekun imtahan nəticəsinə əsasən SERTİFİKAT təqdim edilir.

Bizə abunə olun

Abunə olmaqla kursumuz haqqında ən yeni məlumatları ilk siz öyrənin

Copyright 2021 BBEC Tədris Mərkəzi Bütün hüquqlar qorunur

Site by OKmedia