Sizə zəng edək
  03.04.2020
İngilis dili kursu
İngilis dili kursu


Hind-Avropa dil ailəsinə mənsub olan İngilis dili təqribən 360-400 milyon insanın ana dili,
750 milyon insanın ikinci dilidir. 600-700 milyon insan xarici dil kimi bu dildən istifadə edir
. İngilis dili 60-dan çox dövlətin rəsmi dili və ya rəsmi dillərindən biridir. İnternetdə ən çox yayılmış dildir.
Həmçinin BMT-nin işlək dilləri sırasındadır.

BBEC Tədris Mərkəzi dünyada günü-gündən yayılmaqda olan və qlobal ünsiyyət vasitəsinə, təhsil və
biznes dilinə çevrilən İngilis dilini Beynəlxalq standartlar əsasında öyrənmək istəyənləri, dil üzrə əsas
bacarıqlarını, Danışıq, Dinləmə, Yazma və Oxuma, Qramatika və Söz Ehtiyyatını artırmağı
(Reading, Writing, Listening, Speaking, Grammar and Vocabulary) hədəfləyən hər kəsi kurslarımızdan
faydalanmağa dəvət edir.
Tədris olunacaq dil səviyyələri aşağıdakı kimidir:
• Beginners Level
• Elementary Level
• Pre-Intermediate Level
• Intermediate Level
• Upper Intermediate Level
• Advanced Level

Müəllimlərimiz bu sahədə mükəmməl praktiki biliyi olan xarici,yerli və xaricdə təhsil almış
mütəxəssislərdir. Biz təhsilimizin keyfiyyətinə 100% zəmanət veririk.
Dərslər həftədə 3 dəfə 1 saat olmaqla və ya 2 dəfə 1,5 saat olmaqla qrup və ya fərdi şəkildə keçirilir.
İlk dərs sınaq dərsidir, ÖDƏNİŞSİZDİR. Siz ilkin sınaq dərsində əyləşərək, müəlliminizin tədris metodikası ilə
yaxından tanış olmaq imkanı əldə edəcəksiniz.
Kursu bitirən tələbələrə yekun imtahan göstəricisi ilə SERTİFİKAT verilir.

Bizə abunə olun

Abunə olmaqla kursumuz haqqında ən yeni məlumatları ilk siz öyrənin

Copyright 2021 BBEC Tədris Mərkəzi Bütün hüquqlar qorunur

Site by OKmedia