Sizə zəng edək
  03.04.2020
Fransız dili kursu
Fransız dili kursu


Hind-Avropa dil ailəsinə mənsub olan Fransız dili İngilis dilindən sonra ikinci ən geniş
şəkildə yayılmış xarici dildir. Fransız dilli ölkələrin beynəlxalq təşkilatı olan
OIF (Organisation internationale de la Francophonie) 88 üzv dövlət və hökumətdən ibarətdir.
Fransız dili 29 ölkənin rəsmi dili, təxminən 76 milyon insanın ana dilidir. Təxminən 235 milyon insan
sərbəst şəkildə fransızca danışa bilir. 77-110 milyon insan ikinci dil kimi bu dildən istifadə edir.
Fransız dili həmçinin BMT-nin işlək dillərindən biridir.

Bir çox hallarda Fransız dili çox yalnış metodlarlarla öyrədildiyi üçün hər kəsə Fransız dili
çox çətin görünür. Fransız dilini bizimlə artıq çox rahat şəkildə öyrənə biləcəksiniz.
Dərslərin keyfiyyətinə tam zəmanət verilir. Dərslər təcrubəli müəllimlər tərəfindən aparılır.
Dərslər həftədə 3 dəfə 1 saat olmaqla və ya 2 dəfə 1,5 saat olmaqla qrup və ya fərdi şəkildə keçirilir.
İlk dərs sınaq dərsidir, ÖDƏNİŞSİZDİR. Siz ilkin sınaq dərsində əyləşərək, müəlliminizin tədris metodikası
ilə yaxından tanış olmaq imkanı əldə edəcəksiniz.
Kursu bitirən tələbələrə yekun imtahan göstəricisi ilə SERTİFİKAT verilir.


Bizə abunə olun

Abunə olmaqla kursumuz haqqında ən yeni məlumatları ilk siz öyrənin

Copyright 2021 BBEC Tədris Mərkəzi Bütün hüquqlar qorunur

Site by OKmedia