Sizə zəng edək
  03.04.2020
Alman dili kursu
Alman dili kursu


Alman dili 90-95 milyon insanın ana dilidir, 10-15 milyon insan isə ikinci dil kimi bu dildə danışır.
Alman dili İngilis və Fransız dillərindən sonra Avro İttifaqı ərazisində ən çox istifadə olunan dildir.
BBEC Tədris Mərkəzi sizə kommunikativ metodlar əsasında Alman dilini öyrənməyi təklif edir.

Belə ki, əzbərlənmiş dialoqlar və darıxdırıcı mövzular üzrə qoyulmuş standart suallara cavablar
bu metoda tamamilə yaddır. Şəxsi təcrübəmizə əsaslanaraq deyə bilirik ki, bu formada
öyrənilən hər bir material tez bir zamanda unudula bilər.
Kursda Alman dilinin tədrisi A1 səviyyəsindən başlayaraq C1 səviyyəsi daxil olmaqla təşkil olunur.

Əgər Siz də Almanca danışıq dilini mükəmməl şəkildə mənimsəyərək, hər hansı bir almanla
qarşılaşanda onunla səlis danışmaq, bununla yanaşı almanca qəzetləri, televiziya verilişlərini ana
dilimizdəki kimi tam başa düşmək istəyirsinizsə bu zaman biz sizə tam dəstək olmağa şad hazırıq!

Dərslər həftədə 3 dəfə 1 saat olmaqla və ya 2 dəfə 1,5 saat olmaqla qrup və ya fərdi şəkildə keçirilir.
İlk dərs sınaq dərsidir, ÖDƏNİŞSİZDİR. Siz ilkin sınaq dərsində əyləşərək, müəlliminizin tədris metodikası ilə yaxından tanış olmaq imkanı əldə edəcəksiniz.
Kursu bitirən tələbələrə yekun imtahan göstəricisi ilə SERTİFİKAT verilir.

Bizə abunə olun

Abunə olmaqla kursumuz haqqında ən yeni məlumatları ilk siz öyrənin

Copyright 2021 BBEC Tədris Mərkəzi Bütün hüquqlar qorunur

Site by OKmedia