Sizə zəng edək
Magistraturaya hazırlıq


Artıq bakalavr təhsilinizi başa vurmusunuz? Təbriklər!
İndi bizim təcrübəli müəllimlərlə birgə intensiv şəkildə magistratura pilləsinə qəbula hazırlaşa bilərsiniz.

Magistraturaya qəbul imtahanları 2 mərhələdə aparılır. Əvvəlcə bakalavrların məntiqi
təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi yoxlanılır. Birinci mərhələdən
uğurla keçən namizədlər ikinci mərhələdə iştirak hüququ əldə edirlər. İkinci mərhələdə
isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır. Müsabiqə hər iki mərhələnin ümumi
nəticələri və ixtisas üzrə balı da nəzərə alınmaqla, Dövlət İmtahanı Mərkəzi tərəfindən
müəyyən olunan şərtlər əsasında həyata keçirilir.

BBEC Tədris Mərkəzində zəmanətli magistraturaya hazırlıq təşkil edilir.
Kurslar aşağıdakı istiqamətlər üzrə təşkil edilir:

İnformatika;
Məntiq;
Xarici dil.

Dərslər fərdi və ya qrup şəklində tədris olunur. Kurslara təcrübəli müəllimlər cəlb edilir.

Dərslər hər dəfə 1.5 saat olmaqla həftədə 2 dəfə və ya istəyinizdən asılı olaraq intensiv şəkildə keçirilə bilər.
İlk dərs sınaq dərsi hesab olunur, ödənişsizdir. Ödənişsiz sınaq dərsindən istifadə etdikdən
sonra qeydiyyatdan keçmək və ya digər müəllimlə sınaq dərsinə müraciət etmək mümkündür.

Namizədlərin hazırlıq səviyyəsini müəyyən etmək məqsədilə hər ayın sonunda
sınaq imtahanları təşkil olunur. İmtahanlardan sonra testlərinin müzakirəsi aparılır.
Zəruri hallarda əlavə dərslər və məşğələlər təşkil olunur.

Bizə abunə olun

Abunə olmaqla kursumuz haqqında ən yeni məlumatları ilk siz öyrənin

Copyright 2021 BBEC Tədris Mərkəzi Bütün hüquqlar qorunur

Site by OKmedia