Sizə zəng edək
Məktəbəqədər hazırlıq


Əziz valideynlər!



BBEC Tədris Mərkəzi 4,5,6, yaşlı uşaqlarınızı məktəbəqədər hazırlıq kurslarına qeydiyyata dəvət edir.
Kursların başlıca məqsədi uşaqlarınızın məktəbə hazırlığına, onların tədris prosesinə
uyğunlaşmasına, zəruri bilik və vərdişlərin formalaşdırılmasına dəstək olmaqdır.
Kurslar lazımı pedaqoji və psixoloji biliklərə malik təcrübəli müəllimlər tərəfindən ən
müasir metod və vasitələrlə tədris edilir.

Tədris prosesi uşaqların nitqi, diqqəti, yaddaşı, məntiqi, dünyagörüşü və ünsiyyət qurmaq
qabiliyyətinin inkişaf etdirilməsinə yönəlmişdir. Kurslardan faydalanan uşaqlar hələ erkən
yaşlarında düşünmək, analiz etmək, qərar qəbul etmək, özlərini ifadə etmək və qrup şəklində işləmək bacarıqlarına yiyələnirlər.

Kurs proqramına daxildir:
Ana dili;
Xarici dil;
Həyat bilgisi;
Riyaziyyat;
Yaradıcı bacarıqların inkişafı (rəsm, musiqi, plastilinlə işləmək və s.);
Məntiq;
Fiziki mədəniyyət.

Həmçinin Təhsil Nazirliyinin məktəbəqədər hazırlıq proqramına uyğun olan təlimlər, maraqlı
və əyləncəli məşğələlər və müsabiqələr təşkil olunur.

Dərslər həftədə 3 dəfə keçirilir.

Kursu bitirən uşaqlara SERTİFİKAT təqdim edilir.

Bizə abunə olun

Abunə olmaqla kursumuz haqqında ən yeni məlumatları ilk siz öyrənin

Copyright 2021 BBEC Tədris Mərkəzi Bütün hüquqlar qorunur

Site by OKmedia