Sizə zəng edək
Xarici dil kursları


Xarici dilləri necə asanlıqla öyrənmək olar ?

O zaman bizə qoşulun. Müxtəlif xarici dilləri öyrənməklə sərhədsiz dünyanın fürsətlərindən
yararlanmaq mümkündür. Daha çox bilik və bacarıqlar əldə edə, sosial çevrənizi genişləndirə,
daha uğurlu karyera qura bilərsiniz. Bu yolda sizə dəstək olmağa hazırıq!

Mərkəzdə təcrübəli komandamız tərəfindən aşağıdakı dillər tədris olunur:
  • İngilis dili kursları;
  • Rus dili kursları;
  • Alman dili kursları;
  • Fransız dili kursları;
  • İtalyan dili kursları;
  • İspan dili kursları;
  • Ərəb dili kursları;
  • Fars dili kursları;
  • Türk dili kursları;
  • Çin dili kursları;
  • Yapon dili kursları.

Dərslər tələbələrin xarici dil biliklərindən asılı olaraq müxtəlif səviyyələr üzrə danışıq, dinləmə,
yazma və oxuma bacarıqlarının mənimsənilməsinə və təkmilləşdirilməsinə yönəlmişdir.

Tədris prosesi müasir metodikaya əsaslanır, müxtəlif çap (kitab, jurnal və s.) və elektron
materiallardan (CD və DVD disklər, onlayn materiallar və s.) istifadə olunur.

Dərslərdə müəllim və tələbələr arasında dialoqa, müxtəlif interaktiv oyunlara və multimedia
materiallarına (mahnılar, kinolar və s.) xüsusi əhəmiyyət verilir. Belə ki, məqsəd xarici dilin
dərk edilməsi və ondan sərbəst şəkildə gündəlik həyata istifadənin təmin olunmasıdır.

Kurslara yerli müəllimlərlə yanaşı əcnəbi müəllimlər cəlb edilir.
Tələbələrin istəyinə əsasən dərslər fərdi və ya qrup şəklində tədris olunur.
Dərslər hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə və ya hər dəfə 1.5 saat olmaqla həftədə 2 dəfə keçirilir.


İlk dərs sınaq dərsi hesab olunur, ödənişsizdir. Ödənişsiz sınaq dərsindən istifadə etdikdən sonra
qeydiyyatdan keçmək və ya digər müəllimlə sınaq dərsinə müraciət etmək mümkündür.
Kursu uğurla başa vuran tələbələrə yekun imtahan nəticəsinə əsasən SERTİFİKAT təqdim edilir.

Bizimlə həftə sonlarınızı daha səmərəli keçirin!

Mərkəzdə hər həftə ödənişsiz danışıq klubları təşkil olunur. Siz burada əcnəbi və yerli müəllimlər və
digər iştirakçılarla birgə müxtəlif mövzular üzrə müzakirələr apara, xarici dillər üzrə bilik və
bacarıqlarınızı təkmilləşdirə bilərsiniz. Bu həm öyrəndiklərinizi tətbiq etmək, həm yeni
biliklər əldə etmək və yeni dostlar tapmaq üçün ideal fürsətdir.

Dərs günlərini və saatlarını özünüz seçərək qeydiyyata tələsin!

Bizə abunə olun

Abunə olmaqla kursumuz haqqında ən yeni məlumatları ilk siz öyrənin

Copyright 2021 BBEC Tədris Mərkəzi Bütün hüquqlar qorunur

Site by OKmedia